Dini mərasim keçirmək istəyənlər həbs edildi

14:31 03.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünən gecə saat 22:30 radələrində Sabirabad rayonunun Cavad kəndində kənd sakini Böyükkişi Məmmədovun həyətinə 40-45 nəfər toplaşaraq xüsusi karantin rejiminin tələblərini pozmaqla dini mərasim keçirməyə cəhd ediblər.

 

Daxili İşlər Nazirliyindən (DİN) hafta.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən cəhdin qarşısı alınıb və izahedici söhbətlərdən sonra onlar dağılışıb.

 

Xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə onlardan 10 nəfəri cərimə olunub, 2 nəfər isə inzibati qaydada həbs edilib.